Bərpa olunan enerji sahəsinin inkişafına 4 milyarddan çox sərmayə qoyulacaq

image

2040-cı ilə qədər bərpa olunan enerji sahəsinin inkişafına 4,276 mlrd. manat (orta hədd göstəricisi) sərmayə qoyulacaq.

Renewables.az-ın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Əsaslı kapital qoyuluşunun sahələr üzrə bölgüsündə bərpa olunan enerji sahəsinin inkişafı üçün qoyulacaq sərmayə 50/50 (özəl/dövlət) nisbətində götürülüb. Tələb olunan maliyyə vəsaitinin 2,138 mlrd. manatı özəl investisiyanın payına düşəcək (50 faiz), 2,138 mlrd. manatı (50 faiz) dövlət tərəfindən qarşılanacaq.

Sənəddə bərpa olunan enerji mənbələri vasitəsilə enerji istehsalının daha da artırılmasının CO2 emissiyalarının həcminin azaldılmasına imkan verəcəyi qeyd olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *