Biləsuvarda günəş elektrik stansiyasının tikintisinə hazırlıqla bağlı ilk görüş keçirilib

image

Biləsuvar Rayon İcra Hakimiyyətində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin, WSP təşkilatının, Asiya İnkişaf Bankının, Asiya İnfrastruktur İnvestisiya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, SOCAR-ın mütəxəssislərinin iştirakı ilə rayonda tikiləcək Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıq işlərinin faktiki vəziyyətinin qiymətləndirilməsi ilə bağlı görüş keçirilib.

Renewables.az xəbər verir ki, bu barədə Biləsuvar Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Görüşdə Biləsuvar rayonu İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, başçının  müavinləri, WSP şirkətinin nümayəndələri Arzu Uraz Yavas, Alice Hobson, Sarah Trevarthen, Asiya İnkişaf Bankının nümayəndəsi Olga Skotareva, Asiya İnfrastruktur İnvestisiya Bankının nümayəndəsi Ercan Özbulut, Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi Carlo Gambare, SOCAR-ın nümayəndəsi Ayşən Əzizova və Masdar” şirkətinin nümayəndələri Yaşar Qocayev, Cosmin Briciu və  Elnar Mehtizadə tərəfindən tikintiyə hazırlıq  işlərinin ilkin faktiki vəziyyəti qiymətləndirilib, gələcəkdə bu istiqamətdə görüləcək işlər müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan dövləti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında aparılan danışıqların yekunu olaraq, Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyasını və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyasının inşa ediləcəyi barədə müqavilələr bağlanıb və Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak edən ölkə Prezidenti cənab İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar.

Müqaviləyə əsasən Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan 1454,0 hektar torpaq sahəsində gücü 445 MVt olan günəş elektrik stansiyasının tikintisi qərara alınıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *