Birinci yarımildə ölkədə elektrik enerjisi istehsalı artıb

image

2021-ci ilin yanvar-iyun ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2.278,0 mlrd. kVt-saat, ixracı 99,01 mln. kVt-saat, idxalı 12,1 mln. kVt-saat olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 122,8 mln. kVt-saat, ixrac 0,4 mln. kVt-saat, idxal isə 2,9 mln. kVt-saat artıb.

Bu barədə "Berpaolunanenerji.az"a energetika nazirliyindən məlumat verilib.

Cari ilin yanvar-iyun aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 254,2 mln. kVt-saat artaraq 13.206 mlrd. kVt-saat olub.

Hesabat dövründə ötən ilin 6 ayına nisbətən elektrik enerjisinin istehsalı:

  • SES-lərdə 92,5 mln. kVt-saat artaraq 772,5 mln. kVt-saat,

  • digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 186,0 mln. kVt-saat olub.

Külək elektrik stansiyalarında 47,1 mln. kVt-saat, günəş elektrik stansiyalarında 26,2 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 112,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Birinci yarımildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə SES-lərdə 676,2 mln. kVt-saat, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə SES-lərdə 87,1 mln. kVt-saat, GES-də 24,0 mln. kVt-saat təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 669,0 mln. kVt-saat olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 48,2 mln. kVt-saat, idxalı isə 88,9 mln. kVt-saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 17,4 mln. kVt-saat artıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *