BOEMDA-nın əməkdaşları “MDB-nin əməkdar energetiki” medalı ilə təltif olunublar

image

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova, müdir müavini Fuad Həsənov, Bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin böyük məsləhətçisi Habil Abdullayev, Layihələrin idarə edilməsi şöbəsinin məsləhətçisi Nərmin Həsənova, Emir Fərhad-zadə və Tofiq Həsənzadə “MDB-nin əməkdar energetiki” fəxri adları və medalları ilə təltif olunublar.

Renewables.az BOEMDA-ya istinadən xəbər verir ki, direktor Cavid Abdullayev ölkəmizdə bərpa olunan enerji sahəsində həyata keçirilən islahatlar, yaşıl enerjinin inkişafı sahəsində görülən işlər habelə fəxri ada layiq görülmüş əməkdaşların fəaliyyəti haqqında danışıb, əməkdaşları fəxri ada layiq görülmələri münasibəti ilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *