Böyük Britaniyanın aviasiya tənzimləyicisi elektrik xətləri və külək turbinləri kimi infrastruktur obyektlərinin yoxlanması üçün dronlardan istifadəyə icazə verəcək.
Renewables.az Reuters-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Mülki Aviasiya İdarəsi (CAA) bu ilin əvvəlində bu cür fəaliyyətlər, eləcə də çatdırılma və fövqəladə xidmətlər üçün dronların daha geniş istifadə edilməsinə icazə vermək istədiyini bildirmişdi. İdarə avqust ayında bu məqsədlə altı layihəni seçərək test mərhələsinə başlayıb. İnfrastrukturu yoxlayan dronlar artıq uzaq məsafələrə, operatorların görmə məsafəsindən kənarda uça biləcəklər.
“Bir neçə ildir ki, bəzi dronlar Böyük Britaniyada görmə xətti kənarında uçuşlar həyata keçirirlər, lakin bu uçuşlar əsasən ciddi məhdudiyyətlər çərçivəsində sınaq uçuşlarıdır”, - deyə Böyük Britaniyanın Mülki Aviasiya İdarəsindən bildirilib.
“CAA”nın yeni siyasətinə əsasən, bəzi dronlar aşağı hündürlüklərdə, digər hava nəqliyyat vasitələrinin hərəkət etməsi üçün potensialın az və ya heç olmadığı yerlərdə infrastruktura yaxın qalaraq uçuşlar həyata keçirə biləcəklər. Bu isə qurumların xərcləri azaltmasına imkan verəcək.
Rəylər (0):