Energetika naziri Pərviz Şahbazov ilə Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Regional Departamentinin baş direktoru Yevgeni Jukovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Renewables.az-a bu barədə Nazirlikdən məlumat verilib.
Görüşdə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində AİB ilə Böyükşor gölündə həyata keçirilən 100 kVt-a qədər gücə malik fotovoltaik sistemin COP29 tədbiri ərəfəsində istismara verilməsinin vacibliyi qeyd olunub.
Rəylər (0):