bp Azərbaycanla əməkdaşlıqda az karbonlu enerji həlləri axtarmaq niyyətindədir

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də bp şirkətinin yeni baş icraçı direktoru Mürrey Aukinklosu qəbul edib.

Renewables.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev uzun illər ərzində ölkəmizin bp ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini deyib. Dövlətimizin başçısı 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin önəmini vurğulayaraq, həmin dövrdən başlayaraq Azərbaycan ilə bp arasında strateji tərəfdaşlığın həyata keçirildiyini qeyd edib. 

Görüşdə ölkəmizlə əməkdaşlığın nəticələrindən biri olaraq Azərbaycanın bölgənin bir sıra və Avropa dövlətlərinin enerji təhlükəsizliyinə, xüsusilə dayanıqlı qaz təchizatına töhfəsinə toxunulub, yeni dövrdə ölkəmizin karbohidrogen enerji resursları ilə yanaşı, bərpaolunan enerji mənbələrinin potensialı qeyd edilib, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə bu il bp şirkəti tərəfindən bu istiqamətdə layihənin həyata keçiriləcəyi vurğulanıb.

Söhbət zamanı bp ilə SOCAR arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

bp Azərbaycan"ın bununla bağlı yaydığı məlumatda isə bildirilir ki, Okinkloss görüşdə bp-nin ölkənin enerji keçidi sahəsində səylərinə dəstək məqsədilə az karbonlu enerji həlləri və yeni əməkdaşlıq imkanları axtarmaq niyyətini bildirib. O, həmçinin Cəbrayıl rayonunda həyata keçiriləcək Şəfəq günəş elektrik stansiyası layihəsi haqqında danışıb və bildirib ki, bu layihə bp-nin operatoru olduğu Səngəçal terminalının elektrikləşdirilməsinə dəstək olmaqla Azərbaycanın və bp-nin öz əməliyyatlarındakı emissiyaları azaltmaq məqsədlərinə töhfə verəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *