Böyük Britaniyanın enerji şirkəti bp, ABŞ-da günəş layihəsini satın alıb.
Bu barədə "Berpaolunanenerji.az" şirkətin rəsmi saytına istinadən xəbər verir.
Şirkət Birləşmiş Ştatların "7X Energy" şirkətinin 9 QVt gücündəki günəş enerji layihəsini əldə etdiyini açıqlayıb. bp layihəyə 220 milyon ABŞ dolları ödəyəcəyini qeyd edib.
Satın alma razılığının 30 gün ərzində tamamlanacağı bildirilir.
ABŞ-ın 12 əyalətindəki layihələr "lightsource bp" ortaq əməkdaşlığı çərçivəsində icra olunacaq. Layihələr tamamlandığında toplam 1,7 milyon evin elektrik ehtiyacı qarşılanacaq.
Şirkətin açıqlamasında, satın almanın bp-nin 2025-ci ilə qədər 20 QVt, 2030-cu ilə qədər isə 50 QVt bərpaolunan güc hədəfi çərçivəsində atılmış önəmli bir addım olduğu bildirilir. Satın alma ilə şirkətin bərpaolunan enerji gücü 14 QVt-dan 23 QVt-a çatacaq.
Rəylər (0):