bp: Yaşıl enerjinin istehsalı və ixracı Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır

image

“Əsrin müqaviləsi”nin imzalanmasından ötən 30 il müddətində Azərbaycan böyük inkişaf yolu keçib və neft ixracından daxil olan vəsait bu gün yaşıl enerjiyə keçid üçün də istifadə olunur. Dünyada neft və qazdan asılılıq hələ uzun illər boyu davam edəcək, lakin bu, yaşıl enerji istehsalını artırmamaq üçün əsas vermir.

Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Bakı Enerji Forumunda deyib.

O bildirib ki, 30 il əvvəl Azərbaycana yatırılan sərmayə bu gün öz müsbət nəticələrini verir.

“Ölkə iqtisadiyyatı inkişaf edir və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. TANAP, TAP, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri bu gün Azərbaycana böyük gəlirlər gətirir və ölkə gündən-günə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev çox düzgün enerji strategiyası müəyyən edib. Yaşıl enerjinin istehsalı və ixracı Azərbaycanın gələcəyi üçün də mühüm əhəmiyyət daşıyır”, - deyə Qəri Counz vurğulayıb.

Regional prezident nəzərə çatdırıb ki, bp Cəbrayıl və Naxçıvanda günəş elektrik enerjisini istehsal etmək üçün 200 milyon dollar sərmayə yatıracaq: “İstehsal olunan enerji daxili tələbatla yanaşı ixraca da yönəldiləcək. Hökumətlər və şirkətlər birgə addımlar atsalar yaşıl enerji ilə bağlı həyata keçirilən bütün layihələr uğurla yekunlaşar”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *