“Canadian Solar” Kolumbiyanın ilk enerji saxlama sistemi quracaq

image

Kanadanın günəş enerji şirkəti “Canadian Solar” Kolumbiyada 45 MVt gücündə enerji saxlama sistemi inşa edəcək.

“Berpaolunanenerji.az” “Canadian Solar”a istinadən xəbər verir ki, şirkət ölkədə qurulacaq ilk enerji saxlama tenderində qalib olub.

2023-cü ilin ortalalarında istifadəyə veriləcək enerji saxlama təsisi 45 MVt gücündə, litium-iyon batareya sistemindən ibarət olacaq.

Enerji saxlama layihəsi Kolumbiyanın şimalında, Barranquillada qurulacaq.

“Canadian Solar”ın baş icraçı direktoru Şaun Kyu bununla bağlı açıqlamasında Kolumbiyadakı ilk belə sistemin tenderini qazanmasından qürur duyduğunu bildirib.

Şirkət CEO-su əlavə edib: “Bu, eyni zamanda ölkədəki və Latın Amerika bölgəsindəki ilk enerji saxlama layihəmizdir. Layihə, təkcə günəş enerjisi sektorunda yox, eyni zamanda enerji saxlama işində də qlobal varlığımızın sübutudur və “Canadian Solar”ın təmiz enerjidə bazar lideri mövqeyini daha da möhkəmləndirir”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *