Cavid Abdullayev: "Bu il Azərbaycan şirkətlərinin "yaşıl enerji" layihələrində iştirakına şahidlik edəcəyik"

image

Bilirsiniz ki, bərpa olunan enerji layihələri kifayət qədər böyük layihələrdir və böyük maliyyə vəsaitləri tələb edir. Amma mən tam əminliklə deyə bilərəm ki, bu il ərzində Azərbaycan şirkətlərinin də bu və ya digər formada “yaşıl enerji” layihələrində iştirakına şahidlik edəcəyik.

Renewables.az xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev “Report”a müsahibəsində bildirib.

"Mən adlar çəkmək istəmirəm. Yalnız bir şirkətdən başqa. Deyə bilərəm ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bir çox layihələrdə iştirak edir. Amma digər şirkətlərin iştirakının da yaxın vaxtlarda şahidi olacağıq", - C.Abdullayev bildirib.

Cavid Abdullayevin geniş müsahibəsini buradan oxuya bilərsiniz.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *