Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev dekabrın 7-də “China Energy International Group Co. Ltd” şirkətinin prezidenti Çiao Sübin ilə görüşüb.
Renewables.az Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Çin dostluq və əməkdaşlıq əlaqələrinin siyasi, ticari-iqtisadi, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bildirilib.
Azərbaycanın “yaşıl” enerji imkanlarının inkişaf etdirilməsi məqsədilə potensial layihələr müzakirə olunub, bu sahədə imzalanan əməkdaşlıq sənədlərinin əhəmiyyəti vurğulanaraq, görüləcək işlər və gələcək hədəflər nəzərdən keçirilib.
Görüşdə, həmçinin işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs edilib, “China Energy International Group Co. Ltd” şirkəti ilə bu istiqamətdə əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
Rəylər (0):