Çində külək enerjisinə qoyulan sərmayələr 15 faiz artıb

image

Çində külək enerjisinə qoyulan sərmayələr cari ilin ilk rübündə 15 % artaraq 3,5 milyard dollara çatıb.

Renewables.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Çin Beynəlxalq Radiosu Milli Enerji Administrasiyasının (NEA) məlumatlarına əsasən xəbər yayıb.

Məlumata görə, bu ilin birinci rübündə bərpa olunan enerji üzrə qoyuluş gücü 86,5 % və ya 47,4 QVt artıb. Bu dövrdə şəbəkəyə yeni qoşulan külək enerjisi gücü 10,4 QVt təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *