COP29 məkanının daimi istifadə olunan infrastruktur ərazilərinin bir ay müddətində yaşıl enerji ilə təchizatının aparılmasına nail olduq. Bu, COP biznesində və Azərbaycanın tədbir təşkilatçılığında yeni olmaqla bərabər “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində aidiyyəti strukturların dövlət qurumları ilə həmrəyliyinin bir nümunəsidir.
Renewables.az-ın məlumatına görə, bunu COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf deyib.
“COP məkanının enerji təchizatında 100 faiz yaşıl, dayanıqlı enerji təminatını qarşıya hədəf qoymuşuq. COP məkanının daha geniş hissəsi generatorlarla təchiz olunub. Generatorlar hidratlaşdırılmış bitki yağı vasitəsilə çalışacaq”, - deyə A.Nəcəf bildirib.
Rəylər (0):