BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP 28 çərçivəsində Dubay şəhərində Energetika Nazirliyinin təşkilatçılığı və enerji şirkətlərinin iştirakı ilə “Azərbaycanda bərpa olunan enerji investisiyaları üçün imkanlar” mövzusunda tədbir keçirilib.
Renewables.az-a Energetika Nazirliyindən verilən məlumata görə, Azərbaycan pavilyonunda baş tutan tədbirdə 17 enerji şirkəti və təşkilat təmsil olunub.
Tədbirdə “Enerji keçidi və xalis sıfır: Perspektivlər”, “Azərbaycanda bərpa olunan enerjinin inkişaf imkanları”, "Neft-qaz sənayesinin xalis sıfır gələcəyi üçün təmiz enerjiyə əsaslanan biznes modellər", “Yaşıl enerji sahəsinə MASDAR-ın yanaşması”, “Davamlı şəbəkə üçün külək enerjisi və enerjini saxlama həlləri”, “Enerji keçidi və dekarbonizasiya” mövzularında IRENA, SOCAR, “WindEurope”, “Masdar”, bp, “ACWA Power”, “Nobel Energy” nümayəndələrinin çıxışları olub.
Rəylər (0):