Birləşmiş Ərəb Əmirliklərində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Assambleyasının 14-cü sessiyası çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Agentliyin baş direktoru Françesko La Kamera arasında görüş olub.
Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr, ölkəmizlə IRENA arasında əməkdaşlıq əlaqələrinin bir sıra təşəbbüslər və platformalar vasitəsilə inkişafına dair müzakirələr aparılıb.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mərkəzi Asiya üçün IRENA İnvestisiya Forumuna Azərbaycanın ev sahibliyi, həmçinin Şərq Tərəfdaşlığı ölkələri üçün Bərpa Olunan Enerji üzrə Yol Xəritələri təşəbbüsü üzrə hesabatın təqdimatı ilə bağlı tədbirin keçirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.
Söhbət zamanı ikitərəfli əməkdaşlığın digər aspektləri ilə bağlı da fikir mübadiləsi aparılıb.
Rəylər (0):