COP29 ərəfəsində 760 meqavatlıq 2 bərpa olunan enerji stansiyasının təməli qoyulacaq

image

Bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində 760 MVt-lıq 2 stansiyanın təməli qoyulacaq.

Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 2-ci iclası çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin enerji və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui ilə karbohidrogen və bərpa olunan enerjinin istehsalı-ixracı sahələrində regional əhəmiyyətli əməkdaşlığımıza dair səmərəli müzakirələrimiz olub. COP29 ərəfəsində 760 MVt-lıq 2 stansiyanın təməlini qoymağı razılaşdırdıq”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında BƏƏ-nin Masdar şirkəti ilə imzalanmış investisiya müqavilələrinə əsasən, Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə günəş elektrik stansiyaları (həmçinin Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyası) layihələrinin icrasını nəzərdə tutulur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *