Azərbaycanın Energetika Nazirliyi tərəfdaşlarla birlikdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq üzərində işləyir.
Renewables.az-ın məlumatına görə, bunu Azərbaycan energetika nazirinin müavini Orxan Zeynalov Bakıda keçirilən “Caspian Energy Forum”da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iş iki istiqamətdə aparılır: "Birinci istiqamət COP29 sədrliyi fəaliyyətinin gündəliyindəki enerji təşəbbüsləri ilə bağlıdır, ikincisi isə bilavasitə COP29 çərçivəsində və COP-dan əvvəl təşkil olunacaq enerji tədbirləri ilə əlaqədardır".
O. Zeynalov əlavə edib ki, ümumilikdə, COP29-un fəaliyyət gündəliyində Energetika Nazirliyi tərəfindən üç qlobal enerji təşəbbüsü - "yaşıl dəhliz"lər, enerji saxlanması və enerji şəbəkələri və qlobal hidrogen bəyannaməsi elan edilib: "Energetika Nazirliyi COP29 çərçivəsində ümumilikdə 15 tədbir keçirməyi planlaşdırır".
Rəylər (0):