Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyasına (HES) və Culfa Külək Elektrik Stansiyasına (KES) texniki baxış keçirilib.
Renewables.az Naxçıvan MR Dövlət Energetika Xidmətinə istinadən xəbər verir ki, Culfa Külək-Günəş HES və Culfa KES-də külək turbinlərinə qrafika əsasən növbəti texniki baxış keçirilib.
Stansiyada külək turbinlərinin texniki vəziyyəti yoxlanılıb, yataqların yağlanması və digər cari təmir işləri aparılıb. Aşkar olunan kiçik nasazlıqlar aradan qaldırılıb.
Qeyd edək ki, hər iki stansiyanın layihələndirilməsi, avadanlıqların seçilməsi, uyğunlaşdırılması, sifarişi, quraşdırılması, məsafədən idarəolunan SCADA sistemi üçün proqramın yazılması, real vaxt rejimində elektrik enerjisinin hesabatının aparılması üçün alqoritm proqram təminatının hazırlanması, avadanlıqların montajı və sınaq sazlama işləri Xidmətin öz mütəxəssisləri tərəfindən görülüb.
Rəylər (0):