Danimarkada 35 milyard dollarlıq külək adası inşa ediləcək

image

Danimarka tarixinin ən böyük layihələrindən olması gözlənilən və 35 milyard dollara başa gələcəyi bildirilən külək adasının inşası üçün parlament razılıq verdi. Məbləğin 51 %-i dövlət, 49 %-i isə özəl sektor tərəfindən qarşılanacaq.

Danimarkadan 80 km irəlidə, Şimal dənizinin ortasında inşa ediləcək layihənin 120,000 m2 və ya 18 futbol meydanı ölçüsündə olacağı planlaşdırılır. Layihənin ilk mərhələsi də daxil olmaqla 3 milyon evi yaşıl enerji ilə təmin edəcək elektrik alınacaq.

Ölkənin İqlim və Enerji naziri Den Corqensen qeyd edib: "Külək adası ölkə və dünya miqyasında yaşıl enerjiyə keçid üçün önəmli bir layihədir. Ölkənin Bornholm adasında inşa ediləcək digər külək layihəsi ilə bu layihənin birlikdə qoyuluş gücü ilk mərhələdə 5 qiqavat olacaq və gələcəkdə bu gücün 12 qiqavata çatdırılacağı gözlənilir."

Şimal dənizinin fırtınalarından üç tərəfdən yüksələcək divarla qorunacaq adanın açıq qalacaq bir tərəfində isə liman yaradılacaq.


Mənbə: TheGuardian

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *