Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Kamran Hüseynov Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Ciankarlo Alberti ilə görüşüb.
Renewables.az AREA-ya istinadla xəbər verir ki, görüşdə Azərbaycanın bərpa olunan enerji potensialı, mövcud və gələcək layihələr barədə məlumat verilib.
İki ölkə arasında bərpa olunan enerji sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib, tərəflər arasında məlumatların mübadiləsi və seminarların keçirilməsi müzakirə olunub.
Rəylər (0):