Çinin Fucyen vilayətindəki "Zhangpu Liuao" külək parkında quraşdırılan Goldwind şirkətinin GWH252-16MW model turbini 24 saat ərzində 384,1 min kilovat-saat elektrik enerjisi istehsal edərək fərdi külək turbini üzrə elektrik enerjisi istehsalının dünya rekordunu müəyyənləşdirib.
Renewables.az-ın Offshore Wind portalına istinadən məlumatına görə, rekord enerji istehsalı "Haiku" qasırğası zamanı küləyin sürətinin saniyədə 23,56 metrə (saatda təxminən 85 kilometr) çatdığı zaman əldə edilib. İstehsal olunan elektrik enerjisi 170 minə yaxın insanın gündəlik tələbatını ödəyə bilər.
Qeyd edək ki, turbinin rotor diametri 252 metrdir və 50 min m2 sahənin hava axınına (swept area) nəzarət edə bilir.
Xatırladaq ki, dünyanın ən güclü külək turbini iyul ayında quraşdırılıb, eyni ayda enerji istehsalına başlayıb.
Rəylər (0):