Çinin "State Power Investment Corporation (SPIC)" şirkəti dünyanın ilk dənizdə külək-günəş hibrid elektrik stansiyasını istifadəyə verib.
"Berpaolunanenerji.az" "PV-Magazine" portalına istinadən xəbər verir ki, pilot layihənin gücü 500 kilovat təşkil edir.
Sallarda generasiya edilən günəş enerjisi külək generatoru qülləsinə quraşdırılmış transformatora ötürülür. Daha sonra isə külək generatoru günəş enerjisini sualtı naqillər vasitəsilə ümumi şəbəkəyə ötürür.
Norveçin "Ocean Sun" adlı şirkəti tərəfindən hazırlanan layihənin gücünü 20 meqavata qədər artırmaq planlaşdırılır.
Rəylər (0):