Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktoru Cavid Abdullayev Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Direktorlar Şurasının müşavirləri ilə görüşüb.
Renewables.az bu barədə BOEMDA-ya istinadən xəbər verir.
Görüşdə Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı ilə bağlı görülən işlər barədə məlumat verilib, AYİB-in bu layihələrdə iştirakı xatırlanıb. AYİB-lə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib, qarşılıqlı müzakirələr aparılıb.
Rəylər (0):