Ələt Azad İqtisadi Zonası (AFEZ) bərpa olunan enerji mənbələri üçün avadanlıq istehsal edən şirkətləri azad iqtisadi zonada müəssisələr təşkil etməyə dəvət edir.
Renewables.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün AFEZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərov "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib.
"AFEZ-də günəş panelləri, külək elektrik stansiyaları üçün detallar və avadanlıq, eləcə də bərpa olunan enerji mənbələri üçün komponentlər istehsal edən digər şirkətləri xoş qarşılayırıq", - o deyib.
Onun sözlərinə görə, artıq AFEZ-də fəaliyyət göstərən şirkətlər bütün qlobal iqlim standartlarına cavab verir və ekoloji təhlükəsizlik məsələlərinə ciddi yanaşır.
AFEZ İdarə Heyətinin sədri həmçinin AİZ ərazisində "yaşıl" sertifikatların fəaliyyətə başlayacağını bildirib.
Rəylər (0):