Ənənəvi enerjidən bərpaolunan enerjiyə keçid üçün birgə səy göstərilməlidir

image

İqlim yalnız ətraf mühit məsələsi deyil. Ətraf mühit hər bir dövlətin milli sərhədlərini keçən məsələdir. COP29-da bu məsələrə diqqətlə baxılacaq.

Renewables.az "Report"a istinadla xəbər verir ki, M.F.Espinoza bunu “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun IV panel müzakirəsində deyib.

"Bərpa olunan enerji getdikcə ucuzlaşır. Aşağı karbona keçidi təmin edən maliyyə məsələləri necə təmin olunmalıdır məsələsinə baxılmalıdır. Ənənəvi enerjidən bərpaolunan enerjiyə keçid üçün birgə səy göstərilməlidir".

O qeyd edib ki, ənənəvi enerjidən bərpaolunan enerjiyə keçidin arxasınsa duran maliyyə mənbəyi müəyyənləşdirilməlidir.

"2030-cu ilə aparan yol xəritəsi təşkil edilməlidir. Bu proqramda hər bir ölkə öz üzərində düşəni bilməlidir ki, biz karbon emissiyalarının azaldılmasına nail olmalıyıq", - deyə BMT rəsmisi vurğulayıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *