Enerjinin qənaətlə istifadəsi üzrə maarifləndirici tədbirlər də Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin fəaliyyətlərinə daxil edilə bilər.
Renewables.az-ın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında əksini tapıb.
Sənəddə qeyd olunur ki, bu sahədə fəaliyyətlərin konsepsiyasının hazırlanması üzrə Elm və Təhsil Nazirliyi Energetika Nazirliyi ilə əməkdaşlıq etməklə birgə Fəaliyyət Planı təsdiq edə bilər. Baş Planda enerjiyə qənaət və bununla bağlı qeyd edilmiş məsələlər bu Fəaliyyət Planına daxil edilməsi gələcəkdə müsbət nəticələr verə bilər.
Rəylər (0):