Fransanın enerji şirkəti Belçikanın sənaye şirkətinə külək enerjisi satacaq

image

Fransanın enerji şirkəti “Engie” Belçikanın sənaye materialları istehsalçısı “Umicore”nin Polşadakı yeni fabrikinə külək enerjisi tədarük edəcək.

“Berpaolunanenerji.az” “Umicore”a istinadən xəbər verir ki, “Engie” Polşadakı külək elektrik stansiyasından “Umicore”ni elektriklə təmin edəcəyini açıqlayıb.

İki şirkətin imzaladığı uzun müddətli elektrik alqı-satqı anlaşmasına görə, “Engie”nin Polşanın Opole əyalətinin Paqou kəndindəki, 2012-ci ildən bəri fəaliyyətdə olan külək elektrik stansiyasında istehsal olunan elektrik enerjisi “Umicore”nin yeni açılacaq fabrikinə göndəriləcək.

Anlaşma eyni zamanda “Umicore”nin 2035-ci ildə sıfır karbon olma hədəfini dəstəkləyir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *