Günəş enerjili ilk süni peyk orbitə hansı missiya üçün göndərilmişdi?

image

17 mart 1958-ci ildə orbitə buraxılan Vanguard 1 günəş fotoelementindən istifadə edən ilk kosmik gəmi hesab olunur.

Renewables.az ourplnt.com portalına istinadən xəbər verir ki, çəkisi cəmi 1,46 kq, diametri 16,5 sm olan peyk hələ də Yer ətrafında orbitdə olan ən qədim süni peykdir. 

"Alüminium kürə" şəklində olan süni peyk enerji üçün günəş batareyaları, civə batareyaları və rabitə və izləmə üçün müxtəlif ötürücülərlə təchiz olunmuşdu.

Vanguard 1 Yerin yuxarı atmosferinin sıxlığının ölçülməsində həlledici rol oynayıb. Onun simmetrik forması elm adamlarına hündürlük, enlik, mövsüm və günəş aktivliyi kimi müxtəlif amillər əsasında atmosfer sıxlığını dəqiq müəyyən etməyə imkan verib.

1960-cı illərdən etibarən kosmik gəmilərin enerji ilə təmini üçün günəş enerjisindən istifadəyə başlanılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *