Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Kamran Hüseynov və Gürcüstanın Enerji İnkişafı Fondunun (GEDF) direktoru Caba Xmaladzenin iştirakı ilə onlayn görüş keçirilib.
Renewables.az-a AREA-dan verilən məlumata görə, görüşdə iki ölkənin bərpa olunan enerji layihələri, bu istiqamətdə dövlət tərəfindən dəstək mexanizmləri barədə məlumat verilib.
Qarşı tərəfin təşəbbüsü ilə baş tutan onlayn görüşdə ölkələr arasında bərpa olunan enerji sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib, hökumət tərəfindən investorların cəlb edilməsi üzrə qarşılıqlı bilik və təcrübə mübadiləsi müzakirə edilib.
Rəylər (0):