Hakima El Haite: Biz istəyirik ki, COP29-da yaşıl enerjiyə ədalətli keçid təşviq edilsin

image

COP sadəcə geosiyasi mexanizm, alət deyil, bu gələcəkdir, planetimizin gələcəyidir. Bütün bunlar bizim gələcəkdə necə bir planetə sahib olacağımızla bağlıdır.

Renewables.az APA-ya xəbər verir ki, bunu XI Bakı Qlobal Forumunda "Liberal International"ın prezidenti, Mərakeş Krallığının 2015-2017-ci illərdə İqlim Dəyişikliyi üzrə Xüsusi Elçisi Hakima El Haite deyib.

“Əgər biz qalıq yanacağa bu qədər vəsait ayırırıqsa, yaşıl enerjiyə necə keçəcəyik?! Paris sazişindən bəri sözlər, vədlər veririk, bütün COP-larda optimistik olduğumuzu deyirik. Ancaq biz reallığı görməli və praqmatik olmalıyıq. Məsələ yalnız maliyyə ilə bağlı deyil, bizim məsuliyyətə, həmrəyliyə, şəffaflığa ehtiyacımız var. Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29-da yaşıl enerjiyə ədalətli keçid, şəffaflıq təşviq edilsin. Paris sazişini biz vətəndaşlıq sazişinə çevirməliyik, çünki bu, planetimizlə, bəşəriyyətin gələcəyi ilə bağlıdır”, - Hakima El Haite əlavə edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *