Energetika Nazirliyi yanında Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Kamran Hüseynov Harvard Kennedi Məktəbinin professoru Juan Jimenezin rəhbərlik etdiyi ekspert heyəti ilə görüşüb.
Renewables.az bu barədə BOEMDA-ya istinadən xəbər verir.
Direktor müavini dənizdə külək enerjisi də daxil olmaqla bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr, ölkəmizdə istehsal olunacaq yaşıl enerjinin ixrac marşrutları, işğaldan azad edilən ərazilərdə və Naxçıvanda Yaşıl Enerji Zonasının yaradılması, yaşıl hidrogenin gələcək perspektivləri ilə bağlı məlumat verib.
Professor Juan Jimenez Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzinin (GROWTH LAB) fəaliyyəti haqqında danışıb.
Rəylər (0):