Çinin nəhəng İKT şirkəti Huawei, özünün "Davamlılıq Hesabatı"nı (Sustainability Report) 13-cü dəfə dərc edib.
Bu barədə "Berpaolunanenerji.az" hesabata istinadən xəbər verir.
Huawei, daha yaşıl və dayanıqlı bir dünya yaratmaq səyləri məqsədilə karbon emissiyasını azaltmağa və bərpaolunan enerjidən istifadəni təbliğ edir. 2020-ci ildə şirkətin karbon emissiyası 2012-ci ilə nisbətdə 33,2 % azalıb.
Texnologiya nəhəngi, bərpaolunan enerjidən istifadəni təbliğ etmək üçün, dünya əhalisinin 1/3-ni əhatə edən, 170-dən çox ölkə və ya bölgədə rəqəmsal enerji həllərini təqdim etdi. Təqdim edilən rəqəmsal enerji həlləri nəticəsində bərpaolunan enerji mənbələrindən indiyə qədər 325 milyard kVt-saat enerji istehsal edilib. Nəticədə, 10 milyard Kvt-saat elektrik enerjisinə qənaət olunub. Bununla birlikdə 160 milyon ton karbon emissiyasının qarşısı alınıb.
Şirkətin idarə heyətinin sədri Lian Xua açıqlamasında bildirib: "Ağıllı bir dünya "yaşıl" dünya olmalıdır. Texnologiyanın inkişafı, ətraf mühiti daha yaxşı başa düşməyə və qorumağa, dünyanın daha yaxşı bir yer halına gətirəcəyinə inanırıq".
Rəylər (0):