İlham Əliyev: "Maliyyə təsisatları ilə məhsuldar əməkdaşlığımızı bərpaolunan enerji sahəsində də davam etdirəcəyik"

image

Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında beynəlxalq maliyyə təsisatları ilə bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələlərindən də bəhs edib.

"Renewables.az" bu barədə Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.

İclasda maliyyə təsisatlarının təmsil olunduqlarını vurğulayan dövlət başçısı deyib: “Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bakı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər maliyyə qurumları bizimlədir. Ümid edirik ki, məhsuldar əməkdaşlığımızı bərpaolunan enerji sahəsində də davam etdirəcəyik.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *