İngiltərə iqlim hədəfi üçün günəş enerjisinin gücünü üç qat artırmalıdır

image

İngiltərənin sıfır karbon hədəfi üçün günəş enerjisinin qoyuluş gücünü 2030-cu ilə qədər üç qat artıraraq 40 QVt-a yüksəltməlidir.

“Berpaolunanenerji.az” “pveurope.eu” saytına istinadən xəbər verir ki, bu barədə “Solar Energy UK”un dərc etdiyi hesabatda bildirilir.

Birliyin hesabatına görə, ölkənin günəş enerjisi sektoru 2030-cu ilə qədər iki qat böyüyəcək ancaq sıfır karbon hədəfi üçün qoyuluş gücü üç qat artmalıdır.

Günəş enerjisinin qoyuluş gücünün üç qat artması, 13 min yeni iş yerinin və 17 milyard funt-sterlinq dəyərində iqtisadi artımın yaranmasına səbəb olacağı qeyd edilir.

“Solar Energy UK”un baş icraçı direktoru Kris Heuit verdiyi açıqlamasında, ölkədəki günəş enerji şirkətlərinin lazım olan böyüməni təmin edə biləcəyini bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *