İraq bərpa olunan enerji hədəflərini artırır

image

İraq 2030-cu ilin sonuna qədər təxminən 12 QVt günəş enerjisi gücünü istifadəyə verəcək.

Renewables.az İraq Xəbər Agentliyinə (INA) istinadla xəbər verir ki, açıqlamaya görə, bu qərar ölkənin Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Məlumata görə, 12 QVt günəş enerjisi layihələrinin 7,5 QVt-ı şirkətlər tərəfindən həyata keçiriləcək.

İraq Paris razılaşmasına əsasən, qalıq yanacaqlarından günəş və külək kimi bərpa olunan enerjiyə keçid və tullantıların yandırılması da daxil olmaqla, müxtəlif iqlim öhdəliklərini yerinə yetirməyi hədəfləyir. Ölkədə zəngin külək enerjisi potensialı olmadığından, potensial ərazilər və investisiya imkanları ilə bağlı araşdırmalar aparılacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *