IRENA və Əbu-Dabi İnkişaf Fondu Toqonun ilk günəş layihəsini maliyyələşdirdi

image

Toqo hökuməti Qərbi Afrikanın ən böyük günəş layihələrindən birini, ölkənin isə ilk bərpaolunan enerji təsisini açdı.

"Berpaolunanenerji.az" IRENA-ya istinadən xəbər verir ki, Beynəlxalq Bərpaolunan Enerji Agentliyi və Əbu-Dabi İnkişaf Fondu (ADFD) tərəfindən maliyyələşdirilən layihə 50 MVt gücündədir.

"Şeyx Məhəmməd Bin Zayed" adlanan günəş elektrik stansiyası 160 minə yaxın ev və kiçik biznes müəssisələrinin elektrik enerjisini təmin etməklə yanaşı, ölkənin yanacaq odun, kömür asılılığını əhəmiyyətli dərəcədə azaldacaq.

Layihə həmçinin, Toqonun təmiz enerjidə milli strategiyasını inkişaf etdirəcək, elektrik enerjisi istehsalında bərpaolunan mənbələrin payını 2025-ci ilə qədər 50 %, 2030-cu ilə qədər isə 100 % həcminə çatdırmaqda mühüm rol oynayacaq.

Toqo prezidentinin enerjidən məsul nümayəndəsi Mila Ezeybl "Bərpaolunan enerji, beynəlxalq enerji hədəflərimizin mərkəzində yer alır və sosial inkişafda, iqtisadi böyümə hədəflərimizin əsas komponentidir".

IRENA-nın baş direktoru Françesko la Kamera isə layihənin sadəcə Toqo üçün deyil, Qərbi Afrika üçün önəmli olduğunu bildirib.

Layihə Əbu-Dabi İnkişaf Fondu tərəfindən imtiyazlı kredit formasında 15 milyon ABŞ dolları məbləğində maliyyələşdirilib və BƏƏ mərkəzli "AMEA Power"in törəməsi olan "AMEA Togo Solar" tərəfindən inşa edilib.

Qeyd edək ki, 2020-ci ildə IRENA və ADFD tərəfindən Toqo, Niger və Liberiya hökumətləri arasında 33 milyon ABŞ dolları məbləğində kredit anlaşması imzalanmışdı.

IRENA-ADFD layihələri, külək, günəş, hidro, geotermal, bioenerji mənbələri olmaqla, Asiya, Afrika, Latın Amerikası və inkişaf etməkdə olan kiçik ada ölkələri əhatə edir.

Ümumilikdə 26 bərpaolunan enerji layihələri 21 ölkədə 4,5 milyon evin enerji ehtiyacını qarşılayan və qoyuluş gücü 245 MVt gücündə inşa edilmişdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *