İspaniya təmiz enerji qanununu qəbul etdi

image

İspaniya, 2050-ci ilə qədər sıfır karbon hədəfi çərçivəsində 2040-cı ilə qədər fosil yanacaqlı nəqliyyat vasitələrinin (NV) satışını qadağan edən təmiz enerji qanununu təsdiqlədi.

Qanun İspaniyanın 2050-ci ilə qədər sıfır karbon ölkəsi olmağı hədəfləyir və 2040-cı ilə qədər fosil yanacaqlı NV-nin satışını, 2050-ci ilə qədər isə hərəkətini qadağan edir.

Həmçinin sənəddə, 2030-cu ilə qədər səmt qazı emissiyasını ən azı 23 % azaltmaq qeyd edilib. Ölkənin 2030-cu il hədəfləri arasında, bütün yeni kömür, neft-qaz layihələrini məhdudlaşdırmaq da yer alır.

2030-cu ilə qədər bərpa olunan enerjinin İspaniyanın ümumi elektrik istifadəsində 42 %-ə, ümumi elektrik istehsalında isə 72 %-ə çatacağı proqnozlaşdırılır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *