İtaliya şirkətləri Azərbaycanla bərpaolunan enerji sahəsində əməkdaşlıq etmək niyyətindədir

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini qəbul edib.

"Renewables.az" bu barədə Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.

İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın yalnız enerji sahəsini deyil, çox geniş sahələri əhatə etdiyi bildirilib.

Eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində İtaliya şirkətlərinin fəal çalışdıqları vurğulanıb.

İtaliyalı nazir öz növbəsində qəbula görə təşəkkürün bildirib və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər toplantısı çərçivəsində aparılan müzakirələrin əhəmiyyətini qeyd edib. Nazir ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb, Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynadığını deyib.

Qonaq Azərbaycanın böyük bərpaolunan enerji potensialına malik olduğunu deyərək İtaliya şirkətlərinin gələcəkdə bu sahədə də ölkəmizlə əməkdaşlıq etmək niyyətində olduqlarını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *