İtaliyanın nəhəng neft-qaz şirkəti külək layihəsini satın aldı

image

İtaliyanın nəhəng neft-qaz şirkəti “Eni”, 13 külək elektrik stansiyasından ibarət olan, 315 MVt qoyuluş gücünə sahib külək enerji layihəsini satın alıb.

“Berpaolunanenerji.az” “Eni”yə istinadən xəbər verir ki, “Glennmont Partners” və PGGM İnfrastruktur Fondu, layihənin şirkətə satılması barədə razılığa gəliblər.

Toplam 256 külək turbinindən ibarət olan KES təxminən 200 min ailənin elektrik enerjisi ehtiyacını qarşılayacaq.

“Eni”nin baş icraçı direktoru Klaudio Deşalzi açıqlamasında, satın almanın, şirkətin bərpaolunan enerji sektorunun böyüməsində önəmli bir addım atdığını bildirib”.

Şirkət direktoru əlavə edib: “Bu, strategiyamızda planlanıldığı kimi 2024-cü ildə 4 QVt, 2030-cu ildə 15 QVt və 2050-ci ildə 60 QVt qoyuluş gücünə çatmağımızı təmin edəcək”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *