İyul ayında Azərbaycanın külək və günəş elektrik stansiyalarında 14 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
"Berpaolunanenerji.az" Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, ötən ay ölkədəki külək elektrik stansiyalarında (KES) 8,1 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.
İyul ayında Azərbaycandakı günəş elektrik stansiyalarında (GES) isə 5,9 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Rəylər (0):