Kadri Simson: "Avropada 50 qiqavatlıq yeni bərpa olunan enerji gücü quraşdırılıb"

image

2022-ci ildə Avropada, əsasən, günəş və külək enerjisi olmaqla, demək olar ki, 50 giqavatlıq yeni bərpa olunan enerji gücü quraşdırılıb.

"Renewables.az" Avropa Komissiyasının rəsmi saytına istinadən xəbər verir ki, bunu AK-nin enerji məsələləri üzrə üzvü Kadri Simson Aİ-nin Telekommunikasiya, Nəqliyyat və Enerji üzrə qeyri-rəsmi Şurasının keçirildiyi Stokholmda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, eyni zamanda, Aİ-yə üzv dövlətlər avqust-yanvar ayları arasında qaz tələbatını 19 % azaldıblar ki, bu da istehlakın 38 milyard kubmetr azalmasına uyğundur. Avropa komissarı üzvünün sözlərinə görə, bu, təmiz enerjiyə keçidin sürətlənməsi ilə müşayiət olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *