Kadri Simson: "Azərbaycanla bərpa olunan enerji üzrə əməkdaşlıqda irəliləyiş əldə etmək əzmindəyik"

image

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında uzunmüddətli və konsolidasiya edilmiş enerji tərəfdaşlığı mövcuddur. 

"Renewables.az"ın məlumatına görə, bu fikri Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson “Report”a müsahibəsində bildirib.

"Qeyd etmək lazımdır ki, Anlaşma Memorandumu həm də bərpa olunan enerji üzrə əməkdaşlığın yolunu müəyyən edir. Bu, Aİ və Azərbaycan üçün qarşılıqlı maraq doğuran əsas sahədir və enerji tərəfdaşlığımızın uzunmüddətli xarakterini əks etdirir. Burada biz qarşıdakı aylarda və illərdə irəliləyiş əldə etmək əzmindəyik və Azərbaycanı onun təmiz enerjiyə keçid səylərində dəstəkləməyə davam edəcəyik", - deyə K.Simson deyib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *