Kelli Uillis: İqlim dəyişikliyinə səbəb olan əsas amil qalıq yanacaqlardır
İqlim dəyişikliyinə səbəb olan əsas amil qalıq yanacaqlarla bağlıdır. Bu, ciddi problemdir.
Renewables.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” təşkilatlarının icraçı direktoru Kelli Uillis deyib.
O bildirib ki, iqlim dəyişikliklərinin qarşısının alınması üçün külək və günəş enerjisindən istifadə edilməlidir: “Əks halda, daha ciddi çətinliklər görəcəyik”.
K.Uillis, həmçinin qeyd edib ki, iqlim dəyişikliyindən əziyyət çəkənlərin çoxu Afrika və bəzi Asiya ölkələrində yaşayırlar: “Əlbəttə, bu, bizi narahat edir. Sözsüz, bu, həm də yerli iqlimlə bağlıdır”.
Rəylər (0):