Energetika naziri və onun komandası ilə səmərəli müzakirələr apardıq, burada, ölkədə bəzi resursların işlənilməsi və maraqlı planlar, o cümlədən bərpa olunan enerji mənbələri barədə ətraflı danışdıq.
"Renewables.az" xəbər verir ki, bunu "Report"a eksklüziv müsahibəsində ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavinini müşaviri Laura Loxman deyib.
"Azərbaycanda külək enerjisi üçün böyük potensial mövcuddur ki, bu da ölkə daxilində istifadə oluna bilər və müəyyən şərtlər daxilində təbii qazdan istifadəni qismən əvəz edə bilər, eyni zamanda ixrac oluna bilər. İndi Azərbaycandan elektrik enerjisini Gürcüstan vasitəsilə Qara dənizə çatdırmaq və Avropa ilə birləşmək və enerji təhlükəsizliyini yaxşılaşdırmaq, eləcə də iqlim dəyişikliyi hədəflərinə doğru irəliləyiş etmək təklifi var", - ABŞ Dövlət katibinin nümayəndəsi bildirib.
Rəylər (0):