Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın yaşıl keçid prosesinə töhfəsini davam etdirəcək.
Renewables.az-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava deyib.
"Mən Azərbaycanda heyranedici Qaradağ Günəş Elektrik Stansiyasında oldum. Bu 230 meqavatlıq günəş stansiyası hökumətin 2030-cu ilə qədər ölkənin enerji kompleksində bərpa olunan enerji mənbələrinin payını 30 %-ə çatdırmaq məqsədini dəstəkləyir. Mən ADB-nin digər tərəfdaşları ilə bu layihəyə sərmayə qoymasından qürur duyuram və ADB-nin əməkdaşlığını və Azərbaycanın yaşıl keçid prosesinə töhfəsini davam etdirməyi səbirsizliklə gözləyirəm" - Masatsuqu Asakava əlavə edib.
Rəylər (0):