"Masdar"la bərpa olunan enerji layihələri üzrə əməkdaşlıq müzakirə olunub

image

Energetika naziri Pərviz Şahbazov Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində bir sıra görüşlər keçirib.

Renewables.az-a Energetika Nazirliyindən verilən məlumata görə, “Masdar”ın icraçı direktoru Məhəmməd Cəmil Əl Rəmahi ilə görüşdə Azərbaycanın “yaşıl enerji”nin inkişafı və karbon emissiyalarının azaldılması hədəflərinin yerinə yetirilməsində BƏƏ-nin “Masdar” şirkəti ilə 10 QVt-lıq bərpa olunan enerji layihələri üzrə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Söhbət zamanı şirkətlə ilkin mərhələdə quruda və dənizdə 4 QVt “yaşıl enerji” layihələrinin icrası, bu çərçivədə ümumi gücü 1 QVt olan günəş və külək elektrik stansiyaları üzrə oktyabrda imzalanmış İnvestisiya müqavilələrindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, hazırda quruda və dənizdə bərpa olunan enerji mənbələrinin sahələrinin müəyyən edilməsi və müvafiq qurumlarla razılaşdırılması prosesi həyata keçirilir. “Yaşıl hidrogen” və “yaşıl ammonyak”la bağlı bazar araşdırmaları isə davam edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *