Mərkəzi Asiyadan ötürüləcək "yaşıI enerji"nin ixracı ilə bağIı biznes-model müəyyənləşdirilir

image

Azərbaycan Respublikasının Energetika Nazirliyi investorlar tərəfindən ölkə hüdudlarında istehsal olunan, habelə Mərkəzi Asiya ölkələrindən ötürüləcək "yaşıI enerji"nin ixracı ilə bağIı biznes-modelin müəyyənIəşdirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün məsləhətçi şirkətin cəlb edilməsi ilə bağlı açıq tender elan edib.

Renewables.az xəbər verir ki, bu barədə elan dövlət satınalmalarının vahid internet portalında dərc olunub.

Məlumata görə, tender üzrə işlərin smeta dəyəri 1 milyon 276 min 402,5 manatdır. Tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini sentyabrın 19-u saat 17:00-a qədər təqdim edə bilər. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *