Məşvərət Şurasında bərpa olunan enerji layihələrinin mərhələli şəkildə icrası barədə məlumat verilib

image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Kamran Hüseynov Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası çərçivəsində keçirilən “COP 29 fonunda yaşıl enerji sessiyası: Bərpa olunan enerjinin imkanlarından istifadə” üzrə plenar sessiyada iştirak edib.

Renewables.az xəbər verir ki, bu barədə BOEMDA məlumat yayıb.

Məlumata görə, Kamran Hüseynov çıxışında Azərbaycanın bərpa olunan enerji sahəsi ilə bağlı geniş məlumatlar verib, bərpa olunan enerji layihələrinin mərhələləri şəkildə icrası barədə danışıb. Xarici investorlarla əməkdaşlıq, yaşıl enerjinin ixrac dəhlizləri, dənizdə külək enerjisi və hidrogendən istifadənin inkişafı barədə məlumat verilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *