Moldova Azərbaycandan Avropaya “yaşıl enerji” tədarükündən faydalana bilər

image

Moldova da Azərbaycandan Avropaya Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri arasında imzalanmış sazişlə nəzərdə tutulan, Qara dənizin dibi ilə keçəcək kabel xətti vasitəsilə “yaşıl enerji” ixracından faydalanacaq.

Renewables.az-ın məlumatına görə, bunu “Report”a müsahibəsində Moldovanın energetika naziri Viktor Parlikov deyib.

“Güman edilir ki, elektrik enerjisi Azərbaycandan Gürcüstan vasitəsilə Rumıniyaya nəql ediləcək. Amma təbii ki, dolayısı ilə Moldova bundan faydalanacaq, çünki biz Rumıniyanın enerji sistemi ilə möhkəm əlaqələr yaratmaq və son nəticədə Avropa enerji bazarının bir hissəsi olmaq üçün çox çalışırıq”, - o bildirib.

Nazirin sözlərinə görə, elektrik enerjisi birbaşa Rumıniya bazarına tədarük edilsə də, bu, Moldova bazarına da təsir edəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *